Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.
Rusiyanın Moskva vilayətinin İvanteyevka şəhərində məhkəmə zalında baş verən qalmaqallı hadisə hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib.
AzPost bildirir ki, vəkilin öz müdafiə etdiyi şəxsə narkotik maddə ötürdüyü müəyyənləşdirilib.
Moskva vilayəti üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin rəhbərinin böyük köməkçisi Olqa Vradiyin verdiyi məlumata görə, vəkil məhkəmə prosesi zamanı 8,59 qram həşişi gizli şəkildə təqsirləndirilən şəxsə verib. Narkotik maddə markerin korpusunun içərisinə yerləşdirilmiş iki bağlama şəklində olub.
Hadisə konvoy əməkdaşlarının diqqətindən yayınmayıb. Yoxlama zamanı şübhəli marker aşkar edilib və içərisindən narkotik maddə çıxarılıb. Fakt dərhal sənədləşdirilib və materiallar istintaqa təqdim olunub.
Baş verənlərlə bağlı cinayət işi açılıb. Saxlanılan vəkil barəsində prosessual qərarın verilməsi və hadisənin bütün detalları araşdırılır. Hüquq-mühafizə orqanları məhkəmə proseslərinin təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlərin gücləndiriləcəyini bildiriblər.
Paylaş