Məhkəmədən Blatter və Platini barədə qərar

25.03.2025

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

FİFA-nın sabiq prezidenti Zepp Blatter və UEFA-nın keçmiş rəhbəri Mişel Platini İsveçrə məhkəməsi tərəfindən dələduzluq ittihamı işi üzrə bəraət alıb.

QOL.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində jurnalist Rob Harris məlumat yayıb.

2021-ci ilin noyabrında Blatter və Platini fırıldaqçılıq, vəsaitlərin mənimsənilməsi, cinayətkar idarəetmə və sənədlərin saxtalaşdırılmasında ittiham olunublar. Araşdırmaya FİFA büdcəsindən UEFA-ya 2,3 milyon dollar ödənilməsi səbəb olub. Eyni zamanda prokurorluq Blatter və Platininin 1 il 8 ay şərti cəzaya məhkum edilməsini istəyib.

Zepp Blatter və Mişel Platini hər hansı qanun pozuntusunu rədd edərək, məsləhətçi xidmətləri üçün məbləği ödəmək üçün əvvəlcədən razılaşdıqlarını iddia ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью