Məhkəmədən Müşviq Şahverdiyev barədə qərar

20.11.2024

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Aktyor, ssenarist Müşfiq Şahverdiyev məhkum olunub.

"Cebheinfo.az" "gununsesi.info"ya istinadən xəbər verir ki , “Cinemazadeh” şirkətinin rəhbəri Cəfər Axunzadə komediya aktyorunu məhkəməyə verib.

O, Müşfiq Şahverdiyevin Cinayət Məcəlləsinin 147-ci (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma), 148-ci (Təhqir) maddələri ilə həbs edilməsini tələb edib.

Xətai Rayon Məhkəməsi iddianı qismən təmin edərək aktyoru Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsi ilə təqsirli bilib və 1500 manat məbləğində cərimə edib.

Məhkəmədən məlumatı Modern.az-a təsdiqləyib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью