Məhkəmədən Samvel Karapetyan barədə yeni qərar...

15.08.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İrəvan məhkəməsi biznesmen, "Tashir Group" şirkətinin sahibi Samvel Karapetyanın həbs müddətini iki ay uzadıb.

Axa.az xəbər verir ki, məlumatı Ermənistan mediası yayıb.

Xatırladaq ki, iyunun 18-də Samvel Karapetyan Ermənistanda saxlanılıb və respublikada hakimiyyəti ələ keçirməyə açıq çağırışlarda ittiham olunub. İrəvan məhkəməsi Rusiya vətəndaşlığı olan iş adamını iki ay müddətinə həbs edib. İyulun 3-də Ermənistan parlamenti hökumətə Karapetyanın "Ermənistanın elektrik şəbəkələri" şirkətini milliləşdirmək hüququ verən qanun qəbul edib.

Qeyd edək ki, Karapetyan Ermənistanda Rusiyanın maraqlarının təmsilçisi kimi qəbul olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью