Məhkəmələrlə bağlı bu iş elektron formada aparılacaq

07.10.2026

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Ölkə.az xəbər verir ki, bu, "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, məhkəmə ekspertizası fəaliyyətinin elektron qaydada həyata keçirilməsi müəyyən edilmiş tələblərə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə təmin ediləcək.

Təklif olunan dəyişikliyə əsasən, məzmununda dövlət sirri təşkil edən məlumat olanlar istisna olmaqla məhkəmə ekspertizasının təyin edilməsinə dair elektron qaydada göndərilən qərarların (qərardadların) qəbulu, həmin qərarların (qərardadların) icraata yönəldilməsi, habelə məhkəmə ekspertizasının sifariş edilməsi ilə bağlı müqavilənin bağlanılması barədə müvafiq məlumatların göndərilməsi, məhkəmə ekspertizası idarələrinə və ya özəl məhkəmə ekspertlərinə rəsmi müraciətlərin qəbul edilməsi, məhkəmə ekspertizasının təyin edilməsinə dair elektron qaydada göndərilən qərarlar (qərardadlar) üzrə məhkəmə ekspertizalarının aparılması zamanı verilən vəsatətlərin, ekspert rəylərinin və ekspertizaların aparılmasından imtina ilə bağlı məlumatların göndərilməsi müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə təmin olunacaq.

Layihə əsasən, müvafiq icra hakimiyyəti orqanının informasiya sistemində formalaşdırılan sənədlər "Elektron imza və elektron sənəd haqqında" qanunla müəyyən edilmiş tələblərə uyğun olaraq tərtib olunur və rəsmiləşdirilir.

Xatırladaq ki, dəyişiklik layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin oktyabrın 7-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью