Məhkəməyə onun qardaşı yox, Güllünün oğlu kimi gedəcəyəm

12.09.2026

Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) oğlu Tuğberk Yağız Gülter uzun aradan sonra səssizliyini pozub.

Axşam.az xəbər verir ki, Tuğberk məhkəmədə Güllünün qızı Tuğyan Ülkem Gülterin qardaşı kimi yox, anasının oğlu kimi iştirak edəcəyini vurğulayıb:

"Məhkəməyə getdiyim zaman onun qardaşı kimi deyil, anamın oğlu kimi orada olacağam. Tuğyan orada tək qalacaq. Nəticə nə olursa-olsun, artıq aramızda hər hansı qardaşlıq münasibəti yoxdur. Tək istəyim həqiqətin üzə çıxmasıdır. Həqiqət nədirsə, ortaya çıxsın. Anama biri zərər vurub, yoxsa yox? Anama qarşı münasibəti və davranışları bizim bir çox mübahisəmizin səbəbi idi. Şübhələr aradan qalxsın ki, mən də sonda öz dərdimlə baş-başa qala bilim. Anamın yanına gedəndə bu dəfə rahatlaşa bilim. Mənim canımın necə yandığını bir mən, bir Allah, bir də yanımdakı insanlar bilir".

Qeyd edək ki, Güllünün ölümündə onun qızı şübhəli bilinir. Hadisənin tək canlı şahidi olan Sultan Nur Ulu Güllünün qızı Tuğyan tərəfindən pəncərədən atıldığını etiraf edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью