Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ana Vətən Partiyasının (AVP) sıralarından xaric edilən bir qrup rayon təşkilatlarının sədrləri partiyanın sabiq sədri, Milli Məclisin keçmiş deputatı Fəzail Ağamalını məhkəməyə veriblər.
Demokrat.az xəbər verir ki, sabiq deputatın oğlu Elçin Ağamalı isə onların qərarını dəstəkləyib.
O bildirib ki, ötən il partiyanın qalmaqallı qurultayından sonra Ədliyyə Nazirliyinə müraciət etsələr də, qurum məsələni mübahisəli hesab edib və müsbət cavab verməyib.
Fəzail Ağamalı məhkəməyə verilməsinə belə reaksiya verib:
"Məhkəməyə versinlər də, nə olacaq? Həm də bu çoxdankı söhbətdir, təxminən 15 gün olar. Buna baxmayaraq, biz partiyanın nizamnaməsinə uyğun olaraq işlərimizi qururuq. Elçin Ağamalı isə Ana Vətən Partiyasının üzvü deyil. O, idarə heyətinin qərarı ilə partiya sıralarından xaric edilib".(Savashmedia.az)
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Demokrat.az xəbər verir ki, sabiq deputatın oğlu Elçin Ağamalı isə onların qərarını dəstəkləyib.