Məhkum olunanların sayı azalıb, yoxsa artıb?

28.10.2026

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda son illər ərzində cinayət törətmiş şəxslərin və törətdikləri cinayətlərə görə məhkum olunanların cins bölgüsü üzrə statistik göstəriciləri məlum olub.

“Yeni Sabah” Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumatlara əsasən xəbər verir ki, 2025-ci ildə cinayət törətmiş kişilərin sayı 19,7 min nəfər, qadınların sayı isə 1,3 min nəfər təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2010-cu ildə kişilər 16,4 min, qadınlar 2,3 min nəfər, 2015-ci ildə kişilər 15,2 min, qadınlar 1,1 min nəfər, 2020-ci ildə kişilər 16,6 min, qadınlar 0,9 min nəfər, 2024-cü ildə isə kişilər 21,3 min, qadınlar 1,2 min nəfər olub.

Digər tərəfdən, törətdiyi cinayətlərə görə məhkum olunan şəxslərin də statistikası açıqlanıb. 2025-ci ilin göstəricilərinə görə, 13,2 min kişi və 0,7 min qadın məhkum olunub. Ötən illərdə məhkum olunanların sayı 2010-cu ildə 13,2 min kişi və 1,1 min qadın, 2015-ci ildə 12,7 min kişi və 0,6 min qadın, 2020-ci ildə 9,5 min kişi və 0,4 min qadın, 2024-cü ildə жа 15,2 min kişi və 0,6 min qadın təşkil edib. pizza hut

Cəlalə Cəlalqızı 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью