Məhkum üçün gətirilən sovqatdan narkotik çıxdı

23.07.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran penitensiar müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Bu barədə "AzPolitika"ya Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məhkumla qısamüddətli görüşə gəlmiş qardaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman diş məcununun içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə ümumi çəkisi 2,2 qram olan qurudulmuş marixuana aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью