Məhkumlar gülməli məktub yazıb tualetdən qaçdılar VİDEO

17.05.2025

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-ın Luiziana ştatında məhbuslar həbsxanadan qaçıblar.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə Nyu- Orlean həbsxanasında baş verib. 10 məhkum tualetdəki dəlikdən qaçıb. Qaçanlar arasında qətldə təqsirləndirilənlər də var.

Onların cəzaçəkmə müəssisəsindən qaçışı müşahidə kamerasına yansıyıb. 

Məlumata görə, məhkumlar qaçmazdan əvvəl bir məktub da yazıblar. Məktubda qaçmaq həddindən artıq asan idi yazıblar və bir gülümsəyən smaylik çəkiblər. 

Hazırda Nyu Orleanda axtarış əməliyyatı aparılır - qaçanlardan üçü artıq saxlanılıb, qalanları isə hələ də axtarılır. Bundan əlavə, polis məhbusların həbsxana əməkdaşlarından kömək alması ehtimalını araşdırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью