Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
İsrailin ötən həftə parlamentdə ilk səsvermədən keçən qanun layihəsi ilə fələstinli məhkumları zəhərli iynə ilə edam etməyi planlaşdırdığı bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, İsraildə yayımlanan “Kanal 12”-nin xəbərində fələstinli məhkumların edam edilməsini nəzərdə tutan qanun layihəsinin əsas çərçivəsinin İsrail Milli Təhlükəsizlik Şurasına təqdim olunduğu qeyd edilib.
Xəbərdə qanun layihəsi qəbul ediləcəyi təqdirdə fələstinli məhkumlara edam cəzasının sadə çoxluqla verilə biləcəyi, etiraz hüququnun tanınmayacağı, cəzanın yüngülləşdirilməyəcəyi və ya əfv olunmayacağı vurğulanıb.
Xəbərdə hökm verilmiş fələstinli məhkumların İsrail Cəza İcra Qurumu tərəfindən 90 gün ərzində zəhərli iynə ilə edam edilməsinin planlaşdırıldığı bildirilib. Sözügedən edam cəzası irqçi motivlərlə israilliləri öldürən fələstinlilərə tətbiq olunacağı iddia edilib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin