Məhkumları sevindirəcək xəbər Güzəşt olunacaq | Icma.az
Icma.az xəbər verir, Manset saytına əsaslanaraq. İnsan hüquqları sahəsində hər zaman təkmilləşmələrin aparılmasına ehtiyac var.
Manset.az Trend-ə istinadən xəbər verir ki, bunu Hüquq və İnsan Haqları İnstitutunda keçirilən “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanuna dair hazırlanmış elmi-praktiki kommentariya layihəsinin müzakirəsi üçün dəyirmi masada İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə deyib.
O bildirib ki, 3 ay inzibati qaydada həbs olunan şəxslərlə bağlı layihədə təklifimiz var: “Eyni zamanda ekstradisiya qaydasında həbs olunanların hüquq və vəzifələri, həmçinin, yaxın qohumlarının dəfn mərasimində məhkumların iştirakı məsələsi mövcud qanunda əksini tapmayıb.
Bir təklif isə uşaqlarla bağlıdır. Qadın həbsxanalarında 3 yaşına qədər uşaqlar anası ilə birgə qalır.
Onların kənarda olan qohumu, nənəsi babasının yanında qalması məsələsi qanunda tənzimlənməyib.
Bu məsələlərin həll edilməsi ilə bağlı təkliflər hazırladığımız komentariyada əksini tapıb", - sədr əlavə edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu