Mehman Alışanov başladı, Toral Bayramov 900ə çatdırdı

17.12.2024

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

“Qarabağ” Azərbaycan çempionatlarında 900-cü ev qolunu vurub.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının 17-ci turuna təsadüf edib.

“Sumqayıt”la görüşdə vurulan sonuncu top yubiley xarakteri daşıyıb. “Qarabağ”ın öz meydanındakı 900-cü qoluna Toral Bayramov imza atıb.

Ağdam klubu “900”ə 464-cü ev matçında çatıb. “Qarabağ” öz meydanında 900 və daha çox qol vuran ikinci komanda olub. Bunadək yalnız “Neftçi” öz meydanında bu qədər qola imza atıb.

Qeyd edək ki, “Qarabağ”ın ilk ev qolunu 1992-ci il mayın 3-də Sabirabad “İnşaatçı”sı ilə matçda Mehman Alışanov vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью