Mehman Nəsirovun avtomobili yanıb kül oldu

23.08.2026

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Cəlilabad rayonunda minik avtomobili yanıb.

"Yeni Sabah" xəbər verir ki, hadisə rayonun Gülməmmədli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Mehman Nəsirova məxsus olan VAZ-2105 markalı avtomobil qəfildən alışıb. Sezar pizza

Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Lakin nəqliyyat vasitəsi tamamilə yanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır./Report


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью