Mehmet Ali Ərbil saxlanıldı, Sərdar Ortaç axtarışa verildi Cinayət işi

11.11.2024

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyəli məşhur aparıcı Mehmet Ali Ərbil, müğənni Sərdar Ortaç barəsində araşdırmalara başlanılıb.

Ölkə.Az NTV-yə istinadla xəbər verir ki, adı çəkilən şəxslər barəsində "qanunsuz mərc oynamağa təşviq etmək" maddəsi ilə istintaq başladılıb.

İstanbul Respublika Prokurorluğunda aparılan istintaq çərçivəsində aralarnda məşhur şəxslərin və sosial şəbəkə fenomenlərinin də olduğu 20 nəfərin kimliyi müəyyən edilib.

Məlumata görə, artıq M.A.Ərbil, o cümlədən 15 məşhur şəxs saxlanılıb, S.Ortaç isə axtarışa verilib.

Digər şübhəli şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür. 

Billurə Yunus

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью