Mehmet Ali Erbilə verilən ev dustaqlığı cəzası ləğv edildi

27.11.2024

Sonxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mehmet Ali Erbilə verilən "ev dustaqlığı" cəzası ləğv edildi

Mehmet Əli Ərbilə qarşı "qeyri-qanuni mərc oyunları oynamaq və insanları buna təşviq etmək" ittihamı ilə 1 ildən 3 ilə qədər həbs cəzası tələb edən iddianamə hazırlanıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, ilk məhkəmədə məhkəmə Ərbilə "ev dustaqlığı" cəzası vermişdi.

Dekabrın 30-da İstanbul 20-ci Asliye Cəza Məhkəməsində mühakimə olunacaq Ərbilin ilk məhkəməsindən sonra onun vəkilləri Şeyda Yıldırım və Kübra Aslan müvəkkilləri barəsində olan "ev dustaqlığı" məhkəmə nəzarəti tədbirinin ləğvi üçün etiraz ərizəsi təqdim etmişdilər.

Etiraz nəticəsində məhkəmə "ev dustaqlığı" cəzasının ləğv edilməsinə qərar verib.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью