Mehmet Əli Ərbil və Sertar Ortaçın məhkəmə gətirilmə anı

11.11.2024

Icma.az, Shownews portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyəli müğənni Sərdar Ortaç və şoumen Mehmet Əli Ərbil saxlanılıb.

Qanunsuz mərc oyunlarına təşviq etməkdə təqsirli bilinən Ortaç, Ərbil və digər saxlanılan şəxslər məhkəməyə aparılıb.

Qeyd edək ki, ümumlikdə 20 şübhəli saxlanılıb. Qanunsuz mərc oyunlarının təşkili ilə məşğul olduğu iddia edilən digər şəxslərin axtarışları isə davam edir.

 Saxlanılanlar arasında keçmiş futbolçu Batuhan Karadeniz, sosial media fenomenləri İbrahim Yılmaz, Muzaffer Zorbey Erkoçlar, Sefa Caner Sarıçam da var. Türkiyədə sözügedən cinayətə görə tətbiq ediləcək cəzalar arasında 3 ildən 5 ilədək həbs və cərimələr nəzərdə tutulub.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью