Mehmet Günsür və Devrim Özkan orqanlarını bağışladılar (Foto)

19.11.2026

Icma.az, Milli.az saytına istinadən bildirir.

Türkiyənin tanınmış simaları Mehmet Günsür və Devrim Özkan orqanlarını bağışlayıblar.

Milli.Az xəbər verir ki, sabah, yəni noyabrın 20-si nümayiş olunacaq "Aşk tesadüfleri sever 3" filminin qala gecəsində baş qəhrəmanlar orqan bağışlanması kampaniyasına qoşulduqlarını elan ediblər.

Xatırladaq ki, filmin mövzusu da məhz orqan nəqli və bunun insan həyatındakı önəminə həsr olunub.

Qeyd edək ki, ekran əsərində M.Günsür Özgür, D.Özkan isə Mavi obrazını canlandırır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью