Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı məhkəmə prosesi keçirilib.
"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Mehriban Abasquliyevanın vəkili Əliövsəd Abasov çıxış edərək 14 noyabrda etdiyi müraciətdə mütəxəssisin iştirakı ilə hadisə yerinə baxış keçirməyi təklif etdiyini bildirib.
Onun sözlərinə görə, onları mərkəzə buraxmayıblar. Hakim Leyla Əsgərova-Məmmədova təqsirləndirilən şəxs Mehriban Abasquliyevaya sərbəst ifad
Təqsirləndirilənin vəkilləri isə müvəkkillərinin hazırkı mərhələdə ifadə vermək istəmədiyini bildiriblər.
Dövlət ittihamçısı Mehriban Abasquliyevanın ifadə vermək istəmədiyini ifadə verməmək kimi qiymətləndirdi və onun ibtidai istintaqda verdiyi ifadəsini elan edib.
İttiham aktından məlum olub ki, Mehriban Abasquliyeva cəmi 11 ay Perinetal Mərkəzin direktoru işləyib.
Ancaq vəkil Əliövsəd Abasov müvəkkilinin ibtidai istintaqda verdiyi sonuncu ifadəsinin elan olunmasını istəyib və hakim vəkilin təklifi ilə razılaşıb.