Icma.az, Olay.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Heyli və Castin Biber cütlüyü Montesitoda Billi Aylişin böyük qardaşı, 29 yaşlı Finneas O'Konnellin toyunda iştirak ediblər.
OLAY yazır ki, musiqiçi 30 yaşlı aktrisa Klaudiya Sulevski ilə ailə həyatı qurub. Təntənəli mərasim ailə üzvləri və yaxın dostların əhatəsində keçirilib. Billi Ayliş isə toyda nikah qeydiyyatçısı kimi çıxış edib və Finneasla Klaudiyanı ər-arvad elan edib.
Toyun digər məşhur qonaqları arasında Nina Dobrev, Kristen Bell, Ceyson Sudeikis və Emma Çemberlen də olub. Billi Aylişin sevgilisi, musiqiçi Nat Vulf da mərasimə qatılıb.