Mehriban Ələkbərzadə qarşısındakı insanı intihar həddinə çatdıra bilər | Icma.az
Icma.az bildirir, Axsham.az portalına istinadən. "Azdrama"da vətənpərvərlik mövzusunda tamaşa yoxdur. Səbəbi mənə də bəlli deyil.
"Zəfər" tamaşasını yeni rəhbərlik gələndə repertuardan çıxartdı. "Ana intiqamı" tamaşası var idi. İstərdim ki, yenidən səhnələşdirilsin".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Məsmə Aslanqızı "Özümüz olaq" verilişində deyib.
Aktrisa Azərbaycan Dövlət Akademik Milli Dram teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə ilə aralarında keçən qalmaqaldan danışıb: "Mehriban Ələkbərzadə ilə aramda əvvəllər heç bir ədavət olmayıb.
Problem oldu və bir qadın kimi ona müraciət etmək qərarına gəldim. Qəbul otağına girən kimi telefonu əlimdən aldı.
"Sən mənim otağıma nə ixtiyarla gəlmisən?", "Səsimi yazmaq istəyirsən?" dedi. Telefonumu söndürüb kənara qoydum.
Bu yaxınlarda bilmişəm ki, telefonda səsi necə yazırlar. Təbii ki, bunları təkzib edəcək. Kim ayranına turş deyər?
Bu söhbət ikimiz arasında olub. Bunu təsdiq edəcək şahidim yoxdur. Özümə haqq qazandırmağa da çalışmıram.
Tam oxu
Xəbəri oxu