Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər günü ilə bağlı tədbirlərdə iştirak etmək üçün Qarabağa gəliblər.
Axar.az xəbər verir ki, qonaqları Füzuli Beynəlxalq Hava Limanında Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva şəxsən qarşılayıblar.
Qarşılanma mərasimində İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla yanaşı, Mehriban Əliyeva və Əminə Ərdoğanın da səmimi görüşü və əl-ələ hərəkət etmələri son vaxtlar baş verənlər fonunda dosta və düşmənə mesaj kimi də dəyərləndirilə bilər.