Mehriban Əliyevada: Sizinlə fəxr edirik!

02.06.2025

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan milli komandasının dünya çempionu olması münasibətilə təbrik edib.

QOL.az xəbər verir ki, M.Əliyeva bu haqda sosial şəbəkə hesablarında paylaşım edib. Paylaşımda deyilir:

“Azərbaycan minifutbol yığması dünya çempionatının qalibidir! Komandamıza parlaq qələbəyə görə təşəkkür edirəm! Sizinlə fəxr edirik! Milli yığmamızın bütün üzvlərinə möhkəm cansağlığı, güc, enerji və yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью