Mehriban Əliyevadan Türkiyədəki faciə ilə bağlı paylaşım

21.01.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin hotelində baş vermiş yanğınla bağlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, birinci xanım paylaşımında qeyd olunub:

“Başın sağ olsun, Türkiyə! Yanğın nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrı xalqlarımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью