Mehriban Nağıyevanı maşın vurdu, öldü

24.08.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Bakıda maşın piyadanı vuraraq öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Elvin Cəlilov idarə etdiyi “Mercedes E 200” markalı avtomobillə hərəkətdə olarkən piyada 1966-cı il təvəllüdlü Mehriban Nağıyevanı vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью