Mehriban Rəhimliyə hökm oxundu

07.10.2026

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-nin “German Marşal Fondu”nun məsləhətçisi Mehriban Rəhimlinin məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda hökm oxunub.

M.Rəhimli Baş Prokurorluğun qeyri-hökumət təşkilatları ilə bağlı apardığı istintaq çərçivəsində cinayət məsuliyyətinə cəlb edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə cinayət yolu ilə əldə olunmuş xeyli miqdarda əmlakın leqallaşdırılmasında ittiham olunur.

Məhkəmə Mehriban Rəhimlini verilmiş ittihamlarda təqsirli bilib. Ona həbs deyil, 4 il sınaq müddəti seçilməklə, 7 il 6 ay şərti cəza verilib.

Xatırladaq ki, bundan əvvəl başqa bir neçə tanınmış şəxs də QHT işi çərçivəsində cinayət məsuliyyətinə cəlb edilib.

Sail Ağasəlim

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью