Mehriban xanım Əliyeva Azərbaycanın mədəni diplomatiyasına töhfə verir MÜNASİBƏT BİLDİRİLD…
Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Vatikan səfəri, şübhəsiz ki, indiki məqamda diqqətəlayiq bir hadisədir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.
Turan Rzayev sözlərinə belə davam edib: "Ümumiyyətlə, Azərbaycanın Müqəddəs Taxt-tac (Vatikan) ilə münasibətləri hər zaman yüksək səviyyədə olub.
Bu əlaqələr, əslində, ölkəmizin qərb diplomatiyasının ayrılmaz bir hissəsini təşkil edir.
Qeyd etmək lazımdır ki, Azərbaycanın Müqəddəs Taxt-tacla əlaqələri yalnız xarici siyasət sahəsində deyil, həm də mədəniyyət istiqamətində böyük dividendlər gətirib.
Orta əsrlərdə Vatikanın siyasi nüfuzunun az olduğu düşünülməsinə baxmayaraq, bu, tam doğru deyil.
Vatikan bu gün də Avropada mühüm təsir gücünə malikdir və xüsusilə katolik xristian icması öz mövqeyini qoruyub saxlayır.
Tam oxu
Xəbəri oxu