Mehriban Xanlarova Mədəniyyət naziri Adil Kərimli ilə görüşdən yazıb

17.04.2025

Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əməkdar artist Mehriban Xanlarova Mədəniyyət naziri Adil Kərimli ilə teatrda baş tutan görüş barədə yazıb.
Missiya.Az
xəbər verir ki, sənətkar görüşə dair öz instaqram hesabında paylaşım edib.
“Mədəniyyət naziri Adil Kərimli teatr kollektivimizlə görüşdü. Təklif və şikayətlərimizə diqqətlə qulaq asaraq, fikirlərimizə hörmətlə, həssaslıqla yanaşdı. İnanırıq ki, bu görüşün nəticəsi yaxşı olacaq. Haqq səsimizin duyulmasında yanımızda olan bütün media nümayəndələrinə və haqsızlığa qarşı susmayan, göz yunmayan hər kəsə sonsuz təşəkkürlərimi bildirirəm. Əziz həmkarlarım Münəvvər Əliyeva və Məsmə Aslanqızı ilə ədalət uğrunda başlatdığımız mübarizə, yaddaşlarda qalacaq sarsılmaz bir dostluğun tarixini yazdı. Bu dostluq dürüstlüyün, cəsarətin və birliyin təmsilçisi oldu”, - aktrisa əlavə edib.

Zərintac Mayisqızı
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью