Mehriban Xanlarova və şikayətçi arasında dava VİDEO

19.11.2024

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əməkdar artist Mehriban Xanlarova efirdə gərgin dolu anlar yaşayıb.

Turkustan.az olay-a istinadla xəbər verir ki, hadisə onun ekspert qismində iştirak etdiyi “Bizimləsən” ictimai-sosial verilişində yaşanıb.

Proqrama gələn Şair adlı qayınata gəlini ilə bağlı “Bizim evdən pul gedib…” fikirlər səsləndirib.

Xanlarova isə ona sual ünvanlayıb: “Bu onların ikinci gəlinidir. Sənin birinci gəlinin toya 5 gün qalmış evdən niyə qaçıb ?”

Qarşı tərəf “Artıq sözlər danışmayın!” - deyə ayağa qalxıb və aktrisanın üstünə gedib.

Aktrisa deyib: “Üstümə gəlmə! Sənin kimisinin yanında gəlin qalar? O gəlin yaxşı edib gedib”.

Bundan sonra ikili arasında söz savaşı daha da böyüyüb. Proqramın aparıcısı Zaur Baxşəliyev qayınatanı sakitləşməyə çalışıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью