Mehriban Xanlarovanın istehfa ərizəsi təsdiqələnib?

25.11.2025

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

“Mehriban Xanlarova ərizəsini yazılı formada rəhbərliyə təqdim edib. Lakin hələlik konkret bir qərara yoxdur. Bir ay ərzində ərizəyə baxılacaq və qərar veriləcək. Hələlik heç nə təsdiqini tapmayıb”.

Bu sözləri “Yeni Sabah”a  Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı deyib.

Onun sözlərinə görə, qərar 1 ay ərzində veriləcək.

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Mehriban Xanlarova istefa ərizəsini yazıb. Aktrisa işdən ayrılmasına səbəb Mehriban Ələkbərzadənin yarıtmaz idarəçiliyini göstərib.

Aydan Hacı 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью