Olay.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xalq artisti Mehriban Zəki uşaqlıq fotosunu süni intellektlə hazırlayaraq izləyiciləri ilə bölüşüb.
OLAY yazır ki, aktrisa sosial şəbəkə hesabında arxiv fotosunu yayımlayaraq uşaqlıq xatirələrini bölüşüb.
“Bu səhər uşaqlığıma sığal çəkmək istədim. Birinci fotonun çəkilməyi planlanmamışdı. Babamın işlədiyi yelləncəklər parkında dəli kimi ora-bura qaçırdım. Bacım isə şəklini çəkdirəndən sonra qaça-qaça məni də dartıb apardı ki, Mehi, gəl şəklini çəkək. Çəkildi. Yaxası açıq, corabı sürüşmüş, burnu fırtıqlı, saçı dağınıq 4 yaşlı bir uşaq. Nə isə, Chat GPT "xalaya" dedim uşağı geyindirdi. Baxın görün, hansı daha qəşəngdir?” deyə, Mehriban Zəki yazıb.