Mehriban Zeynalova: “Travmalı uşaqlar gələcəyimiz üçün riskdir”

31.01.2026

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Uşağın üst marağı ailə içində xöşbəxt olmaqdır

“Mən cəzanın ən son anda tətbiqinin tərfədarıyam. Bəzi əməllər var ki, (uşaqlara cinsi toxunma və sair) onun ömürlük cəzalanmasını istəyirəm. Lakin digər hallarda, bütün sosial, iqtisadi, psixoloji dəstək aspektləri tam paket şəkilində təqdim edilməli, əgər valideyn bu dəstəkdən sonra da dəyişməsə cəzanın (məhrumetmə) verilməsinin tərəfdarıyam”.

“Sherg.az” xəbər verir ki, bu fikirlər “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovaya məxsusdur.

Xatırladaq ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin ötən iclasında “Uşaq hüquqları haqqında” yeni qanun layihəsinin müzakirəsi keçirilib. Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, hazırda qüvvədə olan "Uşaq hüquqları haqqında" qanun müasir tələblərlə uzlaşmır. Müvafiq standartlara və müasir sosial reallıqlara uyğun olan, güclü preventiv və qoruyucu mexanizmləri nəzərdə tutan yeni qanuna ehtiyac var. Yeni qanun layihəsində ilk dəfə olaraq uşaqlara qarşı cismani cəza anlayışı ayrıca təsbit edilir və bu cür halların yolverilməzliyi açıq şəkildə ortaya qoyulur. Qanun layihəsi uşaq hüquqlarının qorunmasında yeni risk sahələrini də nəzərə alır. İnternet və informasiya-telekommunikasiya şəbəkələri vasitəsilə yaranan təhlükələrin qarşısının alınmasıyla yanaşı, uşaqlara qarşı zorakılıq əlamətlərini aşkar etdiyi halda bu barədə məlumat verməyən valideynlər, eləcə də uşaqlara nəzarəti həyata keçirən müəssisələrin işçiləri məsuliyyət daşıyacaqlar. 

Qanun layihəsinin müzakirəsi ilə bağlı fikrini açıqlayan M.Zeynalova qeyd etdi ki, problemlərin həllində daha çox cəza yönümlü yanaşmalara üstünlük verilməsi o qədər də effektiv olmur:

 

- Səbəblərin araşdırılması, preventiv mexanizmlərin qurulması və sosial dəstək modellərinin tətbiqi də vacibdir. Cəza çox vaxt əsas məqsəd kimi qəbul edilir. Halbuki uzunmüddətli və dayanıqlı həll yolları insanın qorunması, dəstəklənməsi, dəyişmə potensialının tanınması və insan ləyaqətinə hörmət əsasında formalaşmalıdır. Hazırda “Uşaq hüquqları haqqında” yeni qanun layihəsinin müzakirəzi zamanı səslənən təklfilərdə validyenin cəzalanması, uşaqların dərhal valideyndən alınması, məhdudlaşdırma və s. kimi net şəkilli təkliflər müzakirə edilməkdədir. Mən cəzanın ən son anda tətbiqinin tərəfdarıyam. Bəzi əməllər var ki, (uşaqlara cinsi toxunma və sair) bu məsələdə ömürlük cəzalanmanı dəstəkləyirəm. Lakin digər hallarda, bütün sosial, iqtisadi, psixoloji dəstək aspektləri tam paket şəkilində təqdim edilməli, əgər valideyn bu dəstəkdən sonra da dəyişməsə, cəzanın (məhrumetmə, validyenlik hüququnun alınması) verilməsinin tərəfdarıyam. Biz bəzən uşağın mənafeyi deyib, onun valideyndən ayırlması travmasının fəsadlarını nəzərə almırıq. Uşağın üst marağı ailə ilə birgə olmaqdır. Uşağın üst marağı ailə içində xöşbəxt olmaqdır. Biz uşaqlara dəstəyi valideynə dəstəkdən başlamalıyıq. Əks halda travmalı uşaqlar bizim gələcəyimiz olacaq. Kökündən, soyundan ayrılmış bir ordu olacaqlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью