Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Suada Qarayevanın filmi ictimaiyyətin qəzəbinə səbəb olduMübahisələrə ziyalılarımız, publisistlər, ictimai fəallar da münasibətlərini bildiriblərMəhsəti fırtınası əsir ölkədə.
Tam həqiqi mənada. Fırtına nədən qopdu? Suada (Suad da yazılır bəzən) Qarayevanın “Məhsəti” filminin kino festivalına buraxılmamasıyla.
Film festivalında qadağa qoyulması hay-küyü olmasaydı, yuxuya getmiş cəmiyyətimiz oyanası deyildi.
“Məhsəti” filmi nə zaman çəkildi, filmdə hansı epizodlar var, Məhsəti Gəncəvi necə təqdim olunur, çoxumuz yəqin bilmirdik indiyədək.
Heç indi də bilmirik. Çünki film nümayiş olunmur. Hansısa rəqəmsal platformada var, yox, xəbərsizik.
Yenə də sağ olsun, qadağa qoyanlar, cəmiyyəti ayıltdılar. Təəccüb doğuran cəmiyyətimizin yenə də müxtəlif hissələrə parçalanmasıdır.
Müxtəlif fikirlilik yaxşıdır o zamankı müzakirələrdən doğru nəticə hasil olur.