Icma.az, Baku.ws saytına istinadən bildirir. Filmin müəllifi kim olur olsun, Məhsəti Gəncəvi Azərbaycan xalqının kimliyinin, qədim mədəniyyə
XI əsrdə azərbaycanlı qadının yaradıcılığı ilə tanınması Azərbaycan xalqının qadına olan hörmətini, qadının ictimai həyatda oynadığı rolu gö
Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, Məhsəti Gəncəvinin əsərləri bu gün də sevilərək oxunur: "Ona görə də, onun haqqında film ancaq Azərbaycan qadınının obrazının yüksəldilməsi, onun şəxsiyyətinin zənginliyi, Azərbaycan mədəniyyətinin bütün parlaqlığı ilə çəkilməlidir.
Filmdə həmin dövr Azərbaycan dövlətçiliyi, ictimai münasibətlər, ədəbiyyatın inkişafı göstərilməlidir".
Aydın Mirzəzadə qeyd edib ki, Nizami Gəncəviyə qədər Azərbaycanda 40-a qədər tanınmış yazıçı və şair olub: "Məhsəti Gəncəvi də onlardan biridir.
Başqa bir xalq göstərin ki, belə zəngin ədəbi tarixi var və biz yaradıcı adamlardan bəhs edən filmlərdə mədəniyyətimizin bütün o gözəl tərəflərini göstərmək, bayraqlaşdırmaq əvəzinə, onu küçə mədəniyyəti səviyyəsinə endirməməliyik.
Bu qəbuledilməzdir, yolverilməzdir. Mədəniyyət Nazirliyinin Ekspertiza Komissiyasına dərin təşəkkürümü bildirirəm ki, onlar bunun qarşısını