Məhsəti qalmaqalı böyüyür: Sabiq nazirin qızının təhrifinə Xalq artistindən SƏRT MÖVQE | I…
Icma.az, Baku.ws saytına istinadən bildirir. "Əbülfəs müəllimin qızı həmin filmi öz şəxsi vəsaiti hesabına çəkib.
Onun nə Kino Agentliyinə (ARKA), nə də kinostudiyaya heç bir aidiyyəti yoxdur".
BAKU.WS xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında, sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qarayevanın Məhsəti Gəncəvi haqqında çəkdiyi "Məhsəti" adlı qısametrajlı filmə münasibət bildirən Xalq artisti Şeyx Əbdül Mahmudov deyib.
O qeyd edib ki, rejissor filmi çəkdikdən sonra ARKA vasitəsilə onun nümayişini reallaşdırmaq istəyib, lakin bu mümkün olmayıb: "Çünki Şura üzvləri filmi yekdilliklə qəbul etməyərək nümayişdən imtina ediblər.
İndi Məhsəti Gəncəvi haqqında kim nə gəldi danışır. Məhsətinin rübailərinə görə onu ittiham edirlər - çox səhv edirlər, hətta böyük səhv edi
Mən sual verirəm: O rejissora kim səlahiyyət verib ki, Azərbaycanın milli-mənəvi əxlaq tarixini öz dar düşüncə çərçivəsində gülünc vəziyyətd
Kim verib ona o səlahiyyəti? Haradan alıb o icazəni? Bilirsiniz, elə müqəddəs dəyərlər, ölçülər var ki, onlara toxunmaq olmaz.
Məhsəti haqqında film çəkmək istəyənlər əvvəlcə onun yazdığı misraları, həmin misraların sətiraltı mənasını, poetik ruhunu və obrazlı ifadələrini dərk etməlidirlər.
Tam oxu
Xəbəri oxu