“Məhsəti”nin özü də danışdı: “Əxlaqıma şübhəm yoxdu” | Icma.az
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qarayevanın rejissoru olduğu “Məshəti” filminə Bakı Film Festivalı tərəfindən qoydulan qadağa geniş müzakirələrə səbəb olub.Rəsmi açıqlamada bildirilib ki, filmdə Məhsəti Gəncəvinin obrazı təhrif olunur, etik-normativ çərçivələr pozulur və şairənin ideya-mənəvi irsi ilə ziddiyyət təşkil edən səhnələrə yer verilir.
Şura həm manipulyativ təqdimatları, həm də kontekstdənkənar mənalandırma cəhdlərini əsas gətirərək filmə lisenziya verilməsini məqsədəuyğun saymayıb.
Modern.az xəbər verir ki, müzakirələrə səbəb olan "Məshəti” filmində baş rol Minanı canlandıran aktirisa Fərqanə Abdulla "Facebook" hesabında paylaşıb.O qeyd edib ki, “Məhsəti” filmi, gənc aktrisa Minanın “Məhsəti” tamaşasına hazırlanmasından bəhs edir.
Bu gənc aktrisa belə dərin və çoxşaxəli obrazı canlandırmaq üçün öz sərhədlərini çeynəyir və filmdə biz onun bu səyahətini izləyirik.:"Mən bir aktrisa olaraq ilk dəfə bu təklifi alanda fərqli bir obraz olduğu üçün çox həyəcanlanmışdım, amma eyni zamanda narahatlıq da keçirirdim.
Çünki mən də canlandırdığım “Mina” obrazı kimi öz sərhədlərimi çeynəməliydim.
Mən gözləmirdim ki, Məhsətini, Minanı və məni sosial media meydanına çıxarıb orta əsrlərdəki kimi daşlayacaqlar.
Çünki nə mənim öz əxlaqıma, nə canlandırığm obrazın əxlaqına şübhəm yoxdu.
Tam oxu
Xəbəri oxu