Məhsulun üzərində müştəriyə verilən mesajlar

20.11.2025

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“Məhsulun görünüşünə baxaraq onun təhlükəsiz olduğunu demək mümkün deyil. 

Hətta eyni görünüşə sahib iki məhsuldan biri tam təhlükəsiz, digəri isə sağlamlıq üçün risk daşıya bilər”.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məhsulun insan sağlamlığı üçün təhlükəsiz olub-olmaması yalnız laborator analizlər nəticəsində müəyyən edilir.

Bu analizlərdə məhsulun fiziki-kimyəvi, toksikoloji və mikrobioloji göstəriciləri yoxlanılır, həmçinin yararlılıq müddəti və orqanoleptik xüsusiyyətləri qiymətləndirilir.

Yalnız laborator nəticələr əsasında rəy verilən məhsulların istifadəsi sağlamlığın qorunması üçün etibarlı yoldur.

Gülər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью