Məhv edilən həmin raketin görüntüləri Foto Video

09.03.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

İrandan Türkiyəyə atılan ballistik raketin görüntüləri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, görüntülərdə zərərsizləşdirilmiş raketin hissələri əksini tapıb.

Qeyd edək ki, daha əvvəl Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlamasında İrandan buraxılan və Türkiyə hava məkanına doğru irəlilədiyi müəyyən edilən ballistik raketin zərərsizləşdirildiyini bildirmişdi.

Raket Şərqi Aralıq dənizi regionunda yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə sistemləri tərəfindən məhv edilib.

Nazirliyin açıqlamasında qeyd olunub ki, raketin bəzi hissələri Qaziantep şəhərindəki boş ərazilərə düşüb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью