Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
AFFA-nın İcraiyyə Komitəsinin son iclasında qəbul olunan qərarlar böyük müzakirələrlə nəticələnib.
Premyer Liqada komanda sayı əsasən alqışlansa da, legioner limiti ilə bağlı qərar fikir ayrılığına səbəb olub.
İdman.biz xəbər verir ki, limitin ləğvini yanlış sayanlar və bunu düzgün addım kimi qiymətləndirənlər yetərincədir.
Qərar verənləri bir, bunu müzakirə edənləri digər kənara qoyaq. Gəlin, futbolumuzun sabahı olan uşaqları düşünək.
Bu gün limitin nə olduğunu belə tam dərk etməyən yüzlərlə azyaşlı futbolçu öz komandalarında sevə-sevə top qovur.
Onlar indiki yaşlarında nə xarici avtomobilləri, nə villaları, nə böyük pulları düşünmür. Heç bir təmənna da güdmürlər.
Bunu düşünəcək qədər də deyillər. Bu uşaqların öz dünyaları, öz xəyalları var.