Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 22 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası oxucuların kitabxananın elektron resurs və xidmətlərindən rahat istifadəsini təmin etmək məqsədilə tanıtım videosu hazırlayıb.
MEK-dən AZƏRTAC-a bildirilib ki, kitabxananın veb-saytı vasitəsilə kitabların elektron kataloqda axtarılması, sifarişi, elektron kitab, jurnal, dissertasiya və avtoreferatlara çıxış imkanları, o cümlədən süni intellektə əsaslanan səsli axtarış sistemi diqqətə çatdırılır. Həmçinin görmə məhdudiyyətli istifadəçilər üçün audioresurslar, danışan kitablar və audio teatr nümunələrindən ibarət inklüziv xidmətlər, elektron sərgilər və görkəmli şəxsiyyətlərə həsr olunmuş elektron layihələr təqdim olunur. Bununla yanaşı, MEK-in Elektron Kitabxana Şəbəkəsi vasitəsilə AMEA-nın elmi-tədqiqat institutlarının kitabxanalarına, eləcə də dünyanın aparıcı elektron kitabxana və məlumat bazalarına çıxış imkanları nümayiş etdirilir.