MEK əməkdaşı “İlin gənc alimi” diplomu ilə təltif olunub

02.02.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 2 fevral, AZƏRTAC

2 Fevral - Gənclər Gününə həsr olunmuş iclasda Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı, baş mütəxəssis Cavid Məmmədli gənc alimlər arasında elmi fəaliyyət sahəsində göstərdiyi nailiyyətlərə görə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tərəfindən “İlin gənc alimi” diplomu ilə təltif olunub.

Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью