Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə üçtərəfli strateji və müdafiə əməkdaşlığı mexanizminin formalaşdırılmasına başlayıb. Bu barədə “Dawn” qəzetinin məlumatında deyilir ki, Məkkə birgə müdafiə sazişi çərçivəsində ilk görüş avqustun 31-i İstanbulda keçirilib. Nümayəndə heyətlərinə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Pakistanın xarici işlər naziri İshaq Dar və Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman rəhbərlik ediblər. Pakistanın Xarici İşlər Nazirliyindən daha əvvəl bildirilib ki, iclas Məkkə sazişinə uyğun olaraq yaradılmış Strateji Siyasi və Müdafiə Komitəsi formatında planlaşdırılıb.
XQ