Məkkə sazişi: Birgə Hərbi Komandanlıq yaradılır!

28.11.2026

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində yaradılan Strateji Siyasi və Müdafiə Komitəsinin növbəti iclası Türkiyədə keçiriləcək.

Axar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Pakistanın paytaxtı İslamabadda komitənin ikinci iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, ittifaqın yaradılmasından sonra əsas prioritet onun institusional strukturunun formalaşdırılması və fəaliyyətə başlamasıdır.

Onun sözlərinə görə, qısa müddət ərzində ittifaqın institusional inkişafı istiqamətində mühüm irəliləyiş əldə olunub.

Hakan Fidan mülki qərargah funksiyasını yerinə yetirəcək Baş Katibliyin və hərbi qərargah rolunu oynayacaq Birgə Hərbi Komandanlığın yaradılması ilə bağlı bütün prinsipial qərarların qəbul edildiyini bildirib. Komitənin son toplantısında qərarların əksəriyyətinin təsdiqləndiyini, bəzi məsələlərin isə növbəti iclasa saxlanıldığını vurğulayıb.

O, ittifaqın institusional fəaliyyətinin təşkili, birgə əməliyyatlar, qüvvələrin ayrılması, təlim, planlaşdırma, təşkilatlanma və beynəlxalq əlaqələr kimi məsələlərin qarşıdakı dövrdə diqqət mərkəzində olacağını bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью