“Məkkə sazişi NATO ya alternativ struktur deyil” Türkiyə MN

13.08.2026

Icma.az bildirir, 525.az portalına istinadən.

“Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan tərəfindən imzalanan Məkkə Müdafiə Sazişi heç bir ölkəni ortaq düşmən kimi göstərmir, regional təhlükəsizliyi və sabitliyi təşviq etməyi hədəfləyir”.

525.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Bildirilib ki, məqsəd üç ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində mövcud dostluq və qardaşlıq münasibətləri üçün daha institusional və davamlı bir struktur yaratmaqdır.

“Sazişin əsas məqsədi regional təhlükəsizliyi və sabitliyi təşviq etmək, ölkələrimiz arasında hərbi əməkdaşlığı inkişaf etdirmək və potensial böhranlara qarşı birlikdə hərəkət etmək qabiliyyətimizi gücləndirməkdir. Bu saziş müdafiə məqsədləri üçün bağlanır və heç bir ölkəni ortaq düşmən və ya rəqib kimi müəyyən etmir", - nazirlik bəyan edib.

O da vurğulanıb ki, Məkkə sazişi "NATO-ya alternativ və ya rəqabət aparan bir struktur deyil. Bu, beynəlxalq təhlükəsizlik arxitekturasını tamamlayan və regional təhlükəsizliyə və sabitliyə töhfə verən bir mexanizm kimi qəbul edilir. Mexanizm inkişaf etdikcə, lazımi konsensus əldə edilərsə, digər ölkələrin iştirakı nəzərdən keçirilə bilər.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью