Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
SPA agentliyi xəbər verir ki, “Zəvvarlara xidmət” proqramı çərçivəsindəki təşəbbüs 10 ölkədə yerləşən 17 keçid məntəqəsi vasitəsilə icra olunur. Bu ölkələrə Mərakeş, İndoneziya, Malayziya, Pakistan, Banqladeş, Türkiyə, Kot-d’İvuar və Maldiv, eləcə də bu il ilk dəfə olaraq təşəbbüsə qoşulan Seneqal və Bruney Darüssəlam daxildir.
Bu çərçivədə iştirakçı ölkələrdən olan zəvvarların səfər prosedurları öz ölkələrində sadələşdirilmiş qaydada həyata keçirilir. Xidmətlərə həcc vizasının elektron qaydada verilməsi, Səudiyyə Ərəbistanına yola düşərkən hava limanında pasport prosedurlarının tamamlanması, sağlamlıq sənədlərinin yoxlanılması, eləcə də baqajların daşınma və yerləşdirmə planına uyğun olaraq kodlaşdırılması və çeşidlənməsi daxildir.
Qeyd edilib ki, zəvvarlar Səudiyyə Ərəbistanına çatdıqdan sonra avtobuslarla xüsusi ayrılmış marşrutlar üzrə Məkkə və Mədinə şəhərlərindəki yaşayış yerlərinə çatdırılır. Eyni zamanda, tərəfdaş qurumlar tərəfindən baqajların zəvvarlara çatdırılması təmin olunur.
2017-ci ildən bəri təşəbbüs çərçivəsindəki xidmətlərdən ümumilikdə 1 milyon 254 mindən çox zəvvar bəhrələnib.