Məkkədə bomba həyəcanı (Video)

02.10.2026

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Səudiyyə Ərəbistanının Məkkə şəhərində yerləşən Məscidül-Həramda təhlükəli vəziyyət yaşanıb.

Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə bir şəxsin intihara cəhd etdiyi və daha sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı iddia olunur.

Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri Məkkədə asayişi pozaraq qorxu və panikaya səbəb olan şəxsin saxlanıldığını açıqlayıb.

Məlumata görə, saxlanılan şəxs barəsində hüquqi prosedur başladılıb və o, prokurorluğa göndərilib.

Hadisənin digər təfərrüatları açıqlanmayıb.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью