Məkkədə ziyarət başlamamış 6 iranlı öldü

03.06.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Məkkədə Həcc ziyarətində 6 iranlı zəvvar ölüb.

Axar.az xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Seyid Əli Mərəşi məlumat verib.

O, zəvvarların üçünün xəstəxanada, ikisinin oteldə, birinin isə ziyarət zamanı öldüyünü bildirib.

Mərəşinin sözlərinə görə, hazırda 26 iranlı zəvvar da xəstəxanalarda müalicə olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью