Meksika Aztekada ilk dəfə uduzdu 56 illik rekord qırıldı

06.07.2026

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Meksika millisi dünya çempionatları tarixində ilk dəfə Azteka stadionunda məğlub olub.

Apasport.az xəbər verir ki, "El Tri" DÇ-2026-nın 1/8 finalında İngiltərəyə 2:3 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.

Bununla da Meksikanın dünya çempionatlarında Azteka stadionundakı məğlubiyyətsizlik seriyası başa çatıb.

Meksika bu oyuna qədər mundiallarda Aztekada keçirdiyi 10 qarşılaşmada 6 qələbə qazanmış, 4 dəfə heç-heçə etmişdi. İngiltərəyə məğlubiyyət isə komandanın bu stadionda dünya çempionatları tarixində ilk uduzduğu oyun olub.

Qeyd edək ki, Azteka stadionu 1970, 1986 və 2026-cı illərdə dünya çempionatı oyunlarına ev sahibliyi edib.

Mərakeş tarix yazdı - Afrikada bunu bacaran ilk komanda oldu Messidən növbəti DÇ rekordu - Maradonanı geridə qoydu Messi tarix yazdı - Dünya çempionatında daha iki rekord Messi yeni rekorda imza atdı - DÇ tarixində 30-cu oyun Ronaldo növbəti rekordu qırdı - DÇ pley-offlarının ən yaşlısı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью