Meksika Cənubi Afrika matçının ən yaxşısı məlum oldu

12.06.2026

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

2026-cı il dünya çempionatının açılış matçında oyunun ən yaxşı futbolçusu bəlli olub.

Apasport.az xəbər verir ki, Meksikanın Cənubi Afrikanı 2:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada Xulian Kinyones matçın oyunçusu seçilib.

29 yaşlı hücumçu görüşün 9-cu dəqiqəsində hesabı açaraq mundialın ilk qolunun müəllifi olub. Kinyones Cənubi Afrika müdafiəsinin səhvindən sonra fürsəti dəyərləndirib və topu qapıdan keçirib. 
Qeyd edək ki, Meksikanın digər qolunu 67-ci dəqiqədə Raul Ximenes vurub.

Açılış oyununda ümumilikdə 3 qırmızı vərəqə göstərilib.

DÇ açılış matçında tarixi hadisə: 3 qırmızı kart DÇ 2026: Açılış matçı: Meksika qələbə qazandı - YENİLƏNİB DÇ-də tarixi göstərici: 2006 finalından sonra doğulan ilk futbolçu Kukurelladan qəribə vəd: “Çempion olsaq məşqçimizin üzünü...” Senesi DÇ xəbərini tətildə aldı – Sevgilisi həmin anı çəkdi - VİDEO
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью