Meksika gəmisi Nyu Yorkda körpüyə çırpıldı: 2 ölü, 17 yaralı Video

18.05.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

10:11

Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus yelkənli gəminin Nyu Yorkda Bruklin körpüsünə çırpılması nəticəsində 19 nəfər yaralanıb, onlardan 4-nün xəsarəti ciddidir.

Axar.az xəbər verir ki, bu barədə şəhərin meri Erik Adams məlumat yayıb.

Onun sözlərinə görə, gəmidə ümumilikdə 277 nəfər olub.

Körpünün konstruksiyasına ziyan dəyməyib, amma gəmi sıradan çıxıb.

***

Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin Nyu Yorkda Bruklin körpüsünə çırpılması nəticəsində 2 nəfər ölüb, 17 nəfər yaralanıb.

Bu barədə “Nyu York Post” xilasetmə xidmətlərinə istinadla məlumat yayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью